Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi "Transfermarkt"ın versiyasına görə İspaniya La Liqasında ötən mövsümün ən yaxşı oyunçusu seçilib.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı hücumçu portalın istifadəçilərinin arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, birinci olub. Messiyə bununla bağlı mükafat La Liqanın 2-ci turunda "Betis"lə oyundan əvvəl təqdim edilib.
Qeyd edək ki, Messi 2018/2019 mövsümündə 36 qol vuraraq İspaniya çempionatının bombardiri olub.