Türkiyənin "Qalatasaray" futbol klubu forma sponsorluğu üçün 2 böyük şirkətlə razılığa gəlib.
Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, "Qalatasaray" ölkə çempionatında Çinin telekommunikasiya şirkəti "Huawei"in loqosunun əks olunduğu forma ilə çıxış edəcək.
Klubun Çempionlar Liqasının oyunlarında sponsoru isə "Türk Hava Yolları" olacaq. Klub hər iki şirkətlə 1 illik sponsorluq müqaviləsi imzalayıb.
Bununla da "Qalatasaray" Türkiyədə ilk dəfə yeni sponsorluq modelini tətbiq edib. Belə ki, bu modelə əsasən, "sarı qırmızılılar"ın ölkə daxilində və xaricində olmaq üzrə iki sponsoru olacaq.