31 Avqust 2019 21:44
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 31-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına yekun vurulub.

Teleqraf.com xəbər verir ki, üç gün davam edən turnirin ilk 2 günü fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında çoxnövçülükdə mübarizə apararaq, öz aralarında çempionları müəyyənləşdiriblər. Balacalar kateqoriyasında Gövhər İbrahimova (2009-cu il), Təzəgül Yaqubova (2010-cu il), Azadə Atakişiyeva (2011-ci il), yeniyetmələr arasında Kamilla Seyidzadə, gənclərin yarışında Alina Gözəlova, böyüklər arasında isə Zöhrə Ağamirova çempion adını qazanıblar.

Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə böyük və gənc gimnastlar arasında final yarışları təşkil olunub. Nigar Usubova gürzlər və lent ilə çıxışlarına görə gənclər kateqoriyasında birinciliyi əldə edib. İp ilə final mərhələsində Lalə Qebəybəyova, top ilə finalda isə Alina Gözəlova bütün rəqiblərini geridə qoyaraq çempion olublar. Böyüklərin mübarizəsində isə həm lent, həm də topla çıxışına görə birincilik yenidən Zöhrə Ağamirovanın payına düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər