"Barselona" La Liqada növbəti oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, Kataloniya klubu 3-cü turda "Osasuna"nın qonağı olub. Matç 2:2 hesabı ilə başa çatıb. "Barselona"nın 51-ci dəqiqədə bərabərlik qolunu 16 yaşlı Ansu Fati vurub. O, Kataloniya klubu ilə ikinci matçında fərqlənib.
"Osasuna" - "Barselona" - 2:2
Qollar: Roberto Torres, 7 (1:0), Ansu Fati, 51 (1:1), Artur, 64 (1:2), Torres, 81-pen (2:2)
Bu nəticədən sonra Kataloniya təmsilçisi 4 xalla 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 7 xalla "Atletik" başçılıq edir. "Seviyla" 7 xalla 2-ci, "Atletiko" 6 xalla (2 oyundan) 3-cüdür.