5 Sentyabr 2019 01:15
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun amerikalı Dastin Puarye ilə döyüşdən qalib çıxacağı halda əldə edəcəyi qonorarın miqdarı açılanıb.

Teleqraf.com xəbər verir ki, bu məbləğ 6 milyon dollardan çox olacaq.

Həbibin atası Əbdülmanap Nurməhəmmədov deyib ki, oğlu bu dəfə qalib gələrsə, Makqreqorla döyüşdən 3-3,5 dəfə daha çox qazanacaq. Xatırladaq ki, 2018-ci ilin oktyabrında olan həmin görüşdə Həbibin qonorarı 2 milyon dollar olmuşdu.

İdmançının atası deyib: "Biz az pul üçün dalaşmırıq, biz qiymətimizi bilirik. İki milyon ən yaxşı idmançı və UFC-nin ən tanınmışı üçün azdır. Biz zala çıxanda görəcəksiniz – tamaşaçılar Puaryeni necə qarşılayır, Həbibi necə".

Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidəki UFC turnirində Həbib Nurməhəmmədov amerikalı Dastin Puarye ilə qarşılaşacaq. Həbibin hesabında 27 döyüşdən 27 qələbə, Puaryedə isə 25 qələbə və 5 məğlubiyyət var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər