Sentyabrın 9-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında yarışlar keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iki gün davam edəcək yarışlarda hər iki komandanın ən güclüləri mübarizə aparacaqlar.
Avropa yığmasının heyətinə azərbaycanlı atlet Nazim Babayev də dəvət alıb. O, üçtəkanla tullanmada mübarizə aparacaq idmançılar sırasındadır.
Siyahıda Türkiyə yığmasının azərbaycanlı atleti Ramil Quliyevin də adı var. Dünya və Avropa çempionu 200 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.
Atletika yarışları “Dinamo” Milli Olimpiya Stadionunda baş tutacaq. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparacaq.