21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Gürcüstan yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 10-da “Dalğa Arena”da təşkil olunacaq qarşılaşma lüksemburqlu hakimlərə tapşırılıb. Baş hakim Loran Koprivaya Klod Ris və David Matyö Santos yan xətt, Aleks Krüger dördüncü hakim qismində yardımçı olacaqlar.
Qeyd edək ki, görüş saat 20:30-da başlayacaq.