17 Sentyabr 2019 08:01
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin I turunda PSJ ilə qarşılaşacaq "Real" daha bir ciddi itki ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, Marselo vacib səfər matçını buraxacaq.

Braziliyalı müdafiəçi La Liqanın IV turunda "Levante" (3:2) ilə qarşılaşmada kürəyindən zədə alıb. Buna görə də onun adı heyətə daxil edilməyib.

Xatırladaq ki, Marselo ilə yanaşı, Luka Modriç də zədə səbəbindən sentybarın 18-də Parisdə keçiriləcək görüşdə iştirak etməyəcək.


Müəllif: Teleqraf.com