Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, öllkəmizi turnirdə təmsil edən “Qarabağ” da meydana çıxıb.
Ağdam təmsillçisi Bakıda çətin sınaq qarşısındadır. Qurban Qurbanovun komandası Avroliqanın beşqat qalibi – bu göstəricidə mütləq rekordçusu “Sevilya”nı qəbul edir. "Qarabağ"ın La Liqanın hazırkı liderinə qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.
A qrupunun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı sınağa çəkir.
19 sentyabr
Avropa Liqası
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) - 0:3 (İkinci hissə)
Qol: Çiçarito, 62, Munir, 78, Torres, 85
Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
20:55. APOEL (Kipr) - "Düdelanj" (Lüksemburq) - 3:4 (İkinci hissə)
Qol: Sinani, 36 (0:1), Barnier, 51 (0:2), Pavloviç, 54 (1:2), De Vinsenti, 56 (2:2), Pavloviç, 58 (3:2), Stolz, 72 (3:3), Sinani, 82 (3:4)