22 Sentyabr 2019 10:13
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Milli Gimnastika Arenasında 37-ci bədii gimnastika üzrə dünya çempionatının sonuncu günü baş tutacaq.

Teleqraf.com xəbər verir ki, Çempioonatın sonuncu günündə komandaların qrup hərəkətlərində finalları keçiriləcək. Komandalar 5 topla hərəkətlərdə və 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə proqramlarını nümayiş etdirəcəklər.

Yarışlar saat 14:30-da start götürəcək, Azərbaycan komandası 3 halqa və 2 cüt gürz ilə hərəkətlər üzrə finalda çıxış edəcək. Azərbaycan komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokina yer alırlar.

Xatırladaq ki, ötən gün keçirilən yarışlarda qrup hərəkətləri üzrə Azərbaycan yığması Tokioda 2020 Olimpiya Oyunları üçün lisenziya qazanıb.


Müəllif: Teleqraf.com