22 Sentyabr 2019 14:22
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı yekunlaşmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, bu gün iki sərbəst güləşçimiz bu gün final qarşılamasına çıxacaq.

79 kq. çəkidə yarışan dünya ikincisi, Avropa çempionu Cəbrayıl Həsənov həlledici görüşdə ABŞ idmançısı, 2018-ci ildə dünya çempionu olan Kayl Deyklə üz-üzə gələcək.
97 kq. çəkidə mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov isə Rusiyanı təmsil edən Abdulrəşid Sadullayevla üz-üzə gələcək. Qeyd edək ki, Sadullayev bir dəfə Olimpiya, üç dəfə dünya, 3 dəfə Avropa çempionudur.

Final qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və İTV vasitəsilə canlı nümayiş olunacaq.


Müəllif: Teleqraf.com