24 Sentyabr 2019 16:14
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzaq Şərq regionu üzrə 2019-cu il mini futbol çempionatına yekun vurulub.

Teleqraf.com xəbər verir ki, böyük marağa səbəb olan futbol çempionatında altı komanda iştirak edib.

Çempion olmaq uğrunda “Temp”, “Okean”, “Tiqr”, “Rubin”, “Amur” komandaları ilə yanaşı “Baku” komandası da mübarizə aparıb.

Çempionatın qrup oyunları başa çatdıqdan sonra ikinci dövriyyədə “Baku” komandası “Amur”, “Temp” komandası isə “Tiqr” komandası ilə qarşılaşıb.

Sonda final oyunu “Baku” və “Temp” komandaları arasında baş tutub. Bu oyunda “Baku” komandası “Temp” komandasına 3:1 hesabı ilə məğlub edib.

Məlumat üçün qeyd edək ki, “Baku” komandası bu yarışda Blaqoveçenska şəhərini təmsil edib. Komandanı 2005-2006-cı illərdə Azərbaycanlı iş adamı İldırım Məmmədov yaradıb.


Müəllif: Cavad

Oxşar xəbərlər