Almaniyanın "Bayern" klubunun futbolçusu Robert Levandovski Bundesliqada yeni rekord müəyyənləşdirib.
Teleqraf.com-un məlumatına görə, polşalı hücumçu çempionatın 6 turu ərzində qol sayını 10-a çatdırıb. 31 yaşlı forvard ilk 5 matçda olduğu kimi, səfərdə "Paderborn"u 3:2 hesabı ilə yendikləri qarşılaşmada da fərqlənib. Bunadək yalnız 4 futbolçu - Yupp Haynkes, Herd Müller, Peter Meyer və Lotar Matteus ilk 6 tur əzində 9 qol vura bilib.