29 Sentyabr 2019 22:14
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın II Bundesliqasında VIII turun oyunları keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu Drezden "Dinamo"sunu qəbul edib və 4:1 hesablı qələbə qazanıb.

Nazarov oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. 29 yaşlı futbolçu 27-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı bərabərləşdirib. O, 39-cu baxımlı qolla komandasını hesabda önə keçirib - 2:1.

Qeyd edək ki, "Aue" 14 xalla 4-cü sırada qərarlaşıb və lider "Ştutqart"dan 6 xal geri qalır.


Müəllif: Teleqraf.com