5 Oktyabr 2019 19:09
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya A Seriyasında işləri yaxşı getməyən “Milan”ın baş məşqçisi Marko Campaolo maraqlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Campaolo baş məşqçi postundan istefa verməyəcəyini deyib:

“İnkişaf etmək üçün çalışırıq. Səhər saat 8-dən məşqlərimiz başlayır. Çox çalışırıq, ancaq nəticə pisdir? Bir həll yolu tapacağıq. Heç vaxt istefa verməyəcəm. Ayrılsam, mənim təslim olduğumu düşünəcəklər. Ancaq bunu etməyəcəm, heç vaxt təslim olmayacağıq”.


Müəllif: Teleqraf.com