6 Oktyabr 2019 16:12
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Düdelanj" klubu bu həftə Avroliqanın matçında “Qarabağ”la oyunda baş verən erməni təxribatına görə Azərbaycan klubundan rəsmən üzr istəyib.

Teleqraf.com xəbər verir ki, klub rəsmi "Twitter" mikrobloqunda yerləşdirdiyi açıqlamada təxribatla heç bir əlaqələri olmadığını açıqlayıb.

"Azərbaycandan gələn qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq".

Xatırladaq ki, Lüksemburqda keçirilən "Düdelanj" "Qarabağ" qarşılaşmasında meydanın mərkəzinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı” endirilib. Lüksemburqun idman naziri futbolçuların geyinib-soyunma otağına gedərək Azərbaycan futbolçularından üzr istəyib.


Müəllif: