6 Oktyabr 2019 16:59
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Teleqraf.com AFFA-nın saytına istinadla xəbər verir ki, Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayevin əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Xatırladaq ki, oktyabrın 9-da milli Bəhreynlə yoxlama, oktyabrın 13-də isə Macarıstanla Avro-2020-nin seçmə oyununa çıxacaq.


Müəllif: Teleqraf.com