6 Oktyabr 19:53

Rusiyanın paytaxtı Moskavada keçirilən Premyer Liqa turniri karateçilərimiz üçün uğurlu olub.

Teleqraf.com-un xəbərinə görə, Nuranə Əliyeva (-50 kq) bürünc medal qazanıb.

O, karatenin vətənindən olan yaponiyalı rəqibi ilə bərabərə (8:8) qalsa da, qələbə bizim idmançıya verilib.

Dünya karatesinin ”Brilyant”ı Rafael Ağayev (-75 kq) isə uzun müddətdən sonra qızıl medal həsrətinə məhz Moskvada son qoyub. Beşqat dünya çempionumuz finalda qazaxıstanlı rəqibini 1:0 yenərək qızıl medal qazanıb.

İkinci qızıl medal isə digər dünya çempionumuz İrina Zaretskayadan gəlib. Ukraynalı legionerimiz finalda çinli Qonq Li üzərində 5:0 hesabı ilə qələbə qazanıb.


Müəllif: Teleqraf.com