6 Oktyabr 23:28
221

Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, bu dəfə “Zirə” komandası “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmanın 64-cü dəqiqəsində Ülvi İsgəndərov “Qəbələ”ni hesabda irəli çıxarıb. 67-ci dəqiqədə isə İlkin Muradov bərabərliyi təmin edib.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran “Zirə” 5-ci pillədə qalıb. “Qəbələ” isə 5 xalla 7-ci pilləyə yüksəlib.


Müəllif: Teleqraf.com