7 Oktyabr 2019 08:35
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" futbol komandasının argentinalı hücumçusu Lionel Messi İspaniya La Liqasının "Sevilya" ilə səkkizinci tur matçında qol vurub.

Teleqraf.com xəbər verir ki, bu qol cari mövsümdə argentinalı futbolçu üçün birinci olub.

Bu qola qədər o Milanın "İnter"inə qarşı matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Kataloniyanın paytaxtında keçirilən səkkizinci turun qarşılaşması "Kamp Nou" stadionu sahiblərinin xeyrinə 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Messidən başqa, Luis Suares, Arturo Vidal və Osman Dembele fərqləniblər.


Müəllif: Teleqraf.com