8 Oktyabr 2019 01:36
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisinin üzvü Dani Alveş arıların hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə Braziliya A Seriyasının 23-cü turunda 36 yaşlı müdafiəçinin çıxış etdiyi “San-Paulu”nun evdə “Fortaleza”ya 2:1 hesabı ilə qalib gəldiyi oyunda baş verib.

Alveş künc zərbəsini yerinə yetirməyə gedən zaman bayrağın üzərinə yığışmış arılardan bir qismi ona hücum edib və boyun nahiyəsindən sancıb. Bundan sonra hakim matçı dayandırıb. Rəqib futbolçulardan biri üzünü tutaraq künc bayrağını kənara atıb. Bundan sonra oyun davam etdirilib.


Müəllif: Teleqraf.com