13 Oktyabr 12:33

Oktyabrın 13-də Formula 1 üzrə dünya çempionatının 17-ci mərhələsinin - Yaponiya Qran-Prisinin qalibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas finiş xəttinə birinci çatıb.

Bu mərhələdə ikinci yeri “Ferrari”nin alman pilotu Sebastyan Fettel, üçüncü yeri isə “Mercedes”in üzvü Luis Hemilton tutublar.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının növbəti – 18-ci mərhələsi oktyabrın 25-27-də Meksikada keçiriləcək.


Müəllif: Teleqraf.com