13 Oktyabr 2019 22:14
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Teleqraf.com xəbər verir ki, milli komandamız səfərdə Macarıstanla qarşılaşır. Bakıda bu rəqibinə 1:3 hesabı ilə uduzan yığmamız səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Macarlar üçün də Avropa çempionatının final mərhələsinə vəsiqə şansını saxlamaq üçün bu görüşdə qələbə vacibdir.

E qrupunun digər oyununda Uels Xorvatiyanı qəbul edəcək.

13 oktyabr

Avro-2020-nin seçmə mərhələsi

E qrupu

20:00. Macarıstan – Azərbaycan - 1:0
Qol: M.Korhut, 10
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. “Qrupama Arena” stadionu.


Müəllif: Teleqraf.com