16 Oktyabr 2019 00:12
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Türkiyə millisinin Avro-2020-nin seçmə mərhələsində Albaniya (1:0) və Fransa (1:1) ilə matçlarda qol sevincini əsgər salamı ilə qeyd etməsi ilə bağlı intizam işi açıb.

Teleqraf.com "Hürriyət"' istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Almaniya və Fransanın müraciətindən sonra qurum bu addımı atıb.

UEFA-nın bununla bağlı Türkiyə Futbol Federasiyasını xəbərdar etdiyi, məsələ ilə bağlı izahat istənildiyi vurğulanıb.

Qeyd edək ki, türk futbolçular Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.


Müəllif: Teleqraf.com