15 Oktyabr 2019 19:58
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, komandamız San Marino ilə qarşılaşıb.

Qrupdan çıxmaq şansını itirən hər iki komandanın oyununda millimiz iki cavabsız qola sevinib.

Qeyd edək ki, yığmamız ilk iki oyunda Norveç (0:1) və Çexiyaya (0:4) məğlub olmuşdular.

5 oktyabr

San Marino - Azərbaycan 0:2
Qol: Rüfət Abdullazadə, 22. Tural Bayramov, 50.


Müəllif: Teleqraf.com