16 Oktyabr 2019 01:16
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya ilə yoxlama matçında zədələnən Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.

Teleqraf.com-un məlumatına görə, tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.

Bununla da Neymar Çempionlar Liqasında "Brügge" ilə matçları və Fransa Liqasında "Nitsa", "Marsel", "Dijon" və "Brest"lə görüşləri buraxacaq.


Müəllif: Teleqraf.com