16 Oktyabr 2019 23:42
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iki cüdoçusu Mərakeşin Marrakeş şəhərində bu gün start götürən gənclər arasında dünya çempionatında fəxri kürsüyə yüksəlib.

Teleqraf.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində Əhməd Yusifov finalda rusiyalı Konstantin Simeonidisə uduzaraq gümüş medalla kifayətlənib.

66 kq çəkidə çıxış edən İbrahim Əliyev isə bürünc medal uğrunda görüşdə rumıniyalı Lusian Dumitreskudan güclü olub.

Qeyd edək ki, dünya çempionatına 81 ölkədə 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu qatılıb. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.


Müəllif: Teleqraf.com