17 Oktyabr 2019 23:41
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Yuventus” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Fransa-Türkiyə matçında hərbi salam verdiyi üçün tənqid olunan türk futbolçu Merih Demirala dəstək olub.

Türk futbolçunun sözlərinə görə, klubu “Yuventus”un təlim bazasında Ronalda ona əsgər salamı verib.

Qeyd edək ki, AVRO-2020-ni çərçivəsində keçirilən Fransa-Türkiyə matçında türkiyəli futbolçular rəqib qapısına vurulan qoldan sonra sevinclərini “Sülh çeşməsi” əməliyyatına dəstək olaraq əsgər salamı veriblər. Bundan sonra Demiral İtaliyada sərt tənqid olunub və hətta, onun “Yuventus”dan göndərilməsinə çağırışlar edilib.

Xatırladaq ki, Ronaldo “Real”da olarkən “Sevilya”ya atdığı qoldan sonra əsgər salamı vermişdi.


Müəllif: Teleqraf.com