18 Oktyabr 2019 20:28
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Fənərbaxça" klubundan sonra "Qalatasaray" və "Beşiktaş" da xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, "Cim-Bom" bununla bağlı rəsmi "Feysbuk" səhifəsində yazıb: "Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun".

"Beşiktaş"ın isə "Feysbuk" hesabından yayımladığı təbrik mesajında bildirilir: "Can və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. İki dövlət, tək millət".

Xatırladaq ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa edib.


Müəllif: Teleqraf.com