18 Oktyabr 2019 23:24
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Fövqəladə Komissiyası, Rusiya və Kosovo komandalarının birliyin himayəsi altında təşkil olunan turnirlərdə eyni qrupa salınmaması barədə qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Rusiya və Kosovo klubları arasında oyunların keçirilməsi ilə bağlı bütün təhlükəsizlik risklərini nəzərə alaraq komissiya qərara gəlib ki, bu komandalar qeyri-müəyyən vaxta qədər UEFA yarışlarında eyni qrupda olmayacaq.

2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Rusiya və Kosovo milli komandalarının qarşılaşması neytral meydanda baş tutacaq”.


Müəllif: Teleqraf.com