19 Oktyabr 2019 17:11
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA “Neftçi” klubunu cərimələyib.

Teleqraf.com xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Nəticədə qurum klubu 40 min avro dəyərində cərimələyib.

Qeyd edək ki, avqustun 15-i “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırmışdı.


Müəllif: Teleqraf.com