20 Oktyabr 2019 08:05
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib.

Teleqraf.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.

40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar. Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər.

Yarışda +70 kq çəkidə çıxış edən Nərmin Əmirli isə beynəlxalq turnirin bürünc medalını qazanıb. Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.


Müəllif: Teleqraf.com