20 Oktyabr 2019 11:15
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 19-da metronun «28 May» stansiyasının önündə müxalifətin icazəsiz mitinq cəhdinin qarşısı alınarkən polis tərəfindən saxlanılan aksiya iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də olub.

Axar.az xəbər verir ki, o, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilən zaman polis əməkdaşlarına müqavimət göstərib və nəticədə alın nahiyəsi avtobusun dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb.

AXCP sədri Daxili İşlər Nazirliyinin hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib və izahatı alındıqdan sonra buraxılıb.


Müəllif: Teleqraf.com