20 Oktyabr 18:56

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, komanda səfərdə "Fuenlabrada" ilə qarşılaşıb. Eddinin 90 dəqiqə oynadığı görüş komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu ukraynalı hücumçu Roman Zazulya vurub.

Qeyd edək ki, "Albasete" 12 oyundan sonra 19 xalla 7-ci yeri tutur.


Müəllif: Teleqraf.com