20 Oktyabr 2019 19:42
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, "Neftçi" "Zirə"ni qəbul edib.

"Bakcell Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi"nin heyətində Dario Frederiko 27-ci dəqiqədə hesabı açıb.

İlk hissə bu hesabla bitib. İkinci yarının əvvəlində flaqmanın hücumçusu Baqali Dabo fərqi artırıb.

Fransalı oyunçu 46-cı dəqiqədə fərqlənib. 77-ci dəqiqədə isə Stiven Monroz 3-cü qolu rəqib qapısından keçirib. Matç "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimovun bu postda ilk rəsmi oyunu olub.

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib və lider "Qarabağ"la xal fərqini azaldıb. "Zirə" isə 8 xalla beşinci yerdə qalıb.

Qeyd edək ki, VIII tura bu gün keçiriləcək "Səbail" - Sumqayıt" matçı ilə yekun vurulacaq.

Bu turda "Qarabağ" səfərdə "Qəbələ" ilə, "Sabah" isə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.


Müəllif: Teleqraf.com