21 Oktyabr 2019 01:15
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Beşiktaş” klubuna yeni prezident Əhməd Nur Çəbi seçilib.

Teleqraf.com xəbər verir ki, o, bu posta keçirilən səsvermədə rəqibləri Serdar Adalı və Hürse Tekinoktayı böyük səs fərqilə geridə qoyub.

Belə ki, 8 644 nəfərin 5009-u Əhməd Nur Çəbiyə səs verib. Adalı 2 983, Tekinoktay isə 537 səs toplayıb.

Bununla da Əhməd Nur Çəbi Beşiktaş klubunun 34-cü prezidenti olub.


Müəllif: Teleqraf.com