21 Oktyabr 22:38
805

Keçmiş UFC çempionu Konor Makqreqor bu həftə Moskvaya gedir.

Teleqraf.com xəbər verir ki, irlandiyalı döyüşçü Moskvada təmsil etdiyi bukmeker kontorunun mətbuat konfransını keçirəcək. Makqreqor jurnalistlərlə oktyabrın 24-də görüşəcək.

Qeyd edək ki, Konor daha əvvəl rusiyalı həmkarı Həbib Nurməhəmmədovu revanşa çağırmış, ancaq Həbib bu təklifi qəbul etməmişdi. Bir neçə gün əvvəl Konor İnstaqram səhifəsində foto paylaşaraq Həbibə müraciətlə “Moskvada görüşərik, pişik” sözlərini yazmışdı.


Müəllif: Teleqraf.com