1 May 2014 11:21
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2014” turnirinin qalibi Maqnus Karlsen olub.

Teleqraf.com xəbər verir ki, dünya çempionu təəssüratlarını jurnalistlərlə bölüşüb:

“İlk olaraq turnirin təşkilatçılarına təşəkkür etməyi borc bilirəm. Şəmkirdə olduğum günləri unutmayacam. Burada olmaqdan xoşbəxtəm. Yüksək təşkilatçılıqla yanaşı insanların şahmatı sevdiyini gördüm. Əgər gələn il yenidən Şəmkir turnirindən dəvət gəlsə, böyük məmnuniyyətlə razılaşaram. Çıxışıma gəldikdə, nəticədən razıyam. Son turda qələbəyə oynayırdım. Debüt uğurlu oldu və üstünlük qazandım. Sonra Karuananın vaxtla bağlı problemi yarandı. Belə də onun üçün mübarizə aparmaq çətinləşdi. İlk dövrənin sonunda bir qədər uğursuzluq oldu. Əsas odur ki, yarışı başladığım kimi başa vurdum. Bəzi yarışlarda bir-iki partiyada uğursuzluq olur. Ən vacibi sonda daha çox qələbəylə turniri 1-ci pillədə başa vurmağımdır. Hansı partiyalarda çətinlik çəkdim? Əlbəttə, ilk olaraq uduzduğum görüşlərdə. Karuana və Rəcəbovla ilk dövrədəki oyunlar çətin oldu. Nakamurayla asan mübarizə olmadı. İlk turda Sergey Karyakinlə heç-heçəmiz asan başa gəlmədi. Ümumilikdə, turnirin qalibi olduğuma görə şadam. Bu günlərdə bizə yüksək qonaqpərvərlik göstərdiklərinə görə hər kəsə minnətdaram. Azərbaycana gələndə demişdim ki, qələbəylə qayıtmaq istəyirəm. Belə də oldu”.


Müəllif: