23 Oktyabr 08:36

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu sabah Bakıya yola düşəcək.

Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, səhər 11:00-da çarter reysi ilə yola düşəcək Nikosiya klubunun ölkəmizə saat 13:20-də çatacağı gözlənilir. APOEL Bakıya 20 futbolçu ilə gələcək:

12. Dmitrios Priniotaki (q), 27. Vid Beltes (q), 35. Boy Vaterman (q), 6. Savvas Gentsoqlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 9. Linus Hallenius, 11. Musa Əl-Taamari, 14. Uroş Matiç, 17. Antonio Yakoliş, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolos İoannu, 46. Efstatios Aloneftis, 89. Roman Bezyak, 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç, 95. Alef dos Santos

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.


Müəllif: Teleqraf.com