1 May 2014 11:24
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək millilər ilginc istəkləri ilə gündəmə gəliblər. Komandaların məskunlaşacağı bölgələrdən, qalacaqları otellərə qədər hər şeyə həssaslıqla yanaşan ölkələr turnirə ev sahibliyi edəcək Braziliyaya xüsusi istəklərini çatdırırlar. Bu istəklərin bir çoxu dünya şöhrətli sənətçilərin tələblərindən fərqli deyil.

Teleqraf.com xəbər verir ki, Braziliya mətbuatı bu istəklərdən bəzilərini açıqlayıb.

Əlcəzair: Futbolçular, məşqçilər və texniki işçilərin qaldığı bütün otel otaqlarında Quran olmalıdı.

Çili: Hər otağa yeni yataqlar və plazma televizorlar qoyulmalıdı.

Uruqvay: Bütün otaqlara mövcud olan ən səssiz kondinsonerlərin qurulmasını tələb edib.

Fransa: Komandada çox sayda müsəlman futbolçu olduğundan halal ət və digər qida məhsulları istənilib. Həmçinin bütün hamamlarda duru sabun olmalıdı.

Honduras: İki Honduras və 6 İspaniya kanalının otel otaqlarında göstərilməsi istənilib.

Yaponiya: Hər otaqda cakkuzi olmalıdı.

Avstraliya: Dünyanın ən məşhur qəzetləri hər gün otaqlara gətirilməlidi.

İsveçrə: Hər otaqda yüksək sürətli internet və İsveçrə kanallarını tələb edib.

Portuqaliya: 6 mühafizəçi isəyib. Bunlardan 4-ü sadəcə Kriştiano Ronaldonu mühafizə edəcək. Həmçinin hər otaqda "Playstation" oyun aparatı olmalıdı.

Ekvador: Hər otağa Ekvadordan gətirilən banan səbətləri qoyulmalıdı


Müəllif: