Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən matça "Qarabağ" və "Neftçi" komandaları talassemiya xəstəliyindən müalicə olunan uşaqlarla çıxıblar.
Teleqraf.com xəbər verir ki, üzərində "Sevindirdiyiniz qədər sevin!" şüarı yazılan plakat tutan futbolçular və hakimlər meydana xüsusi qoruyucu maska ilə gəliblər.
"Neftçi"nin kapitanı Emin Mahmudov oyunçular adından dəstək nitqi söyləyəndən sonra oyun başlayıb.