“Real” dünən “Santyaqo Bernabeu”da “Betis”ə qarşı keçirilən La Liqanın 12-ci turunun matçında bərabərə qalıb (0:0).
Teleqraf.com xəbər verir ki, bu, “Kral klubu”nun Zinəddin Zidanın rəhbərliyi altında “Santyaqo Brenabeu”da ilk 0:0 hesablı heç-heçəsidir (bütün turnirlərdə).
Qeyd edək ki, “Real” 11 oyundan 22 xal toplayaraq “Barselona” ilə turnir cədvəlinə liderlik edir.