3 Noyabr 2019 18:28
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxşı komandaya qarşı oynadıq. Onlar bizi orta xəttə üstələdilər. Bunun səbəblərini bilirik və üzərində çalışacağıq. Komandanın əsas problemi budur".

Bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın X turunda "Sumqayıt"la heç-heçə etdikləri (2:2) matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, görüş ərzində asan qollar buraxıblar: "Problemlərimiz müdafiə xəttindədir. Xal qazana bilmişiksə, deməli bir xala layiqik".


Müəllif: Teleqraf.com