5 Noyabr 2019 01:28
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur avtopilotu, beynəlxalq "Formula-1" çempionatının yeddiqat çempionu, "Qırmızı baron" ləqəbli alman Mixael Şumaxerin qızı Cina-Mariya Şumaxerin sosial mediada paylaşdığı ailə fotosu maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Cina-Mariya Şumaxer İnstaram hesabında uşaqlıq fotoşəklini yayımlayıb.

O, paylaşımına "Kiçik yarış maşını. Ailəmlə birgə sürürdük...Ən sevdiyim fotoşəkillərdən" qeydini yazıb.

Cina-Mariya Şumaxerin duyğusal paylaşımına minlərlə rəy yazılıb. İzləyicilər əfsanəvi pilotun qızına təskinlik verərək "o günlər geri gəlməsə belə xatırla" şərhini qeyd ediblər.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşüb.


Müəllif: Teleqraf.com