Karatenin Kyokuşin növü üzrə Azərbaycanın açıq milli çempionatı başa çatıb.
Teleqraf.com xəbər verir ki, uşaq, yeniyetmələr, gənclər, qadınlar və kişilər arasında Azərbaycan çempionatı "Sərhədçi” idman kompleksində keçirilib.
Çempionatda "Katana” klubununun nümayəndələri fərqləniblər. 8-9 yaşlı uşaqlar arasında mübarizə aparan Güllü Əhmədova qızıl medal qazanıb. Rəsul Əfəndiyev də birini yeri tutub. Cəlil Kərimxanov, İsmayıl Şərafətdin, Güllü Səmədova gümüş, Əli Əhmədov, Səid Abdullayev, Arzu Məmmədov isə bürünc medala layiq görülüblər.
Məşqçi Rafael Abdullayev yetirmələrinin gələcəkdə daha böyük uğurlar qazanacağına əmin olduğunu söyləyib.