“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə keçirəcəkləri oyun üçün bu gün Kiprin Larnaka şəhərinə yola düşüb.
Teleqraf.com xəbər verir ki, komanda səfərə çarter reysi ilə yola düşüb. Təyyarənin bütün oturacaqlarına "Qarabağ"ın loqosunun yapışdırılması maraqla qarşılanıb.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.