10 Noyabr 08:18

İspaniya La Liqasında 13-cü tura start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Real Sosyedad” “Leqanes”i qəbul edib. İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. Autsayderlə oyunda xal itirməsinə baxmayaraq, bu nəticədən sonra “Real Sosyedad” vahid liderə çevrilib.

“Barselona” bu turda “Selta”nı sınağa çəkib və darmadağınla qalib gəlib. “Real” isə “Eybar” səfərində 4 cavabsız qola sevinib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sevilya” Əndəlüs derbisində “Betis”lə üz-üzə gələcək.

İspaniya La Liqası, 13-cü tur

8 noyabr

Real Sosyedad – Leqanes 1:1
Qol: Merino, 63 – En Nesiri, 78.

9 noyabr

Alaves – Valyadolid 3:0
Qol: Xoselu, 26. Pina, 32. L.Peres, 75.

Valensiya – Qranada 2:0
Qol: Vass, 74. Torres, 90+7.

Eybar – Real 0:4
Qol: Benzema, 17; 29-pen. S.Ramos, 20-pen. Valverde, 61.

Barselona – Selta 4:1
Qol: Messi, 23-pen; 45+1; 48. Buskets, 85 – Olaza, 42.

10 noyabr

15:00 Malyorka – Vilyarreal
17:00 Atletik – Levante
19:00 Atletiko – Espanyol
21:30 Xetafe – Osasuna
00:00 Betis – Sevilya


Müəllif: Teleqraf.com