"Neftçi” baxışa yeni futbolçu dəvət edib.
Teleqraf.com klubun saytına istinadən yaydığı xəbərə görə, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir.
Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.
Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.