17 Noyabr 2019 09:18
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinin birinci günündə idmançılarımız uğurla çıxış edərək bir qızıl, iki bürünc medal qazanıblar.

Teleqraf.com xəbər verir ki, ölkəmizi qitə turnirində 50 kiloqram çəki dərəcəsində təmsil edən Nurlan Kərimli finalda italiyalı idmançı Pietro Andreinini məğlub edərək Avropa kubokunun qalibi olub. Komandamızın digər üzvləri Hüseyn Allahyarov (50 kq) və Aydın Rzayev (60 kq) bürünc medal əldə ediblər.

Azərbaycanın 7 cüdoçusunun qatıldığı Avropa kuboku yarışlarında 31 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Turnirə noyabrın 17-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər