"Barselona"nın futbolçusu Antuan Qrizmann PSJ-yə keçmək istəyir.
Teleqraf.com xəbər verir ki, fransalı hücumçunun komanda yoldaşı Lionel Messi ilə pis münasibətləri elə həddə çatıb ki, o, Kataloniya klubundan ayrılmağa hazırdır. 28 yaşlı futbolçunun Paris klubunda oynamağa razı olduğu vurğulanıb.
Xəbərdə o da qeyd olunub ki, bu gerçəkləşəcəyi təqdirdə, Qrizmannla PSJ-nin futbolçusu Neymarın dəyişdirilməsi mümkün ola bilər.
Qeyd edək ki, Messinin yayda Qrizmannın yox, Neymarın "Barselon"ya transfer olunmasını istədiyi iddia olunurdu.